Bank Of Baku

Səfa Mirzəyev: “Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz”

Səfa Mirzəyev: “Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz”
# 11 iyun 2008 10:20 (UTC +04:00)
Aparat rəhbəri bildirib ki, Venesiya Komissiyasının sabah başlayacaq plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qəbul edilən qanun müzakirə olunacaq və rəy veriləcək. S. Mirzəyevin sözlərinə görə, müzakirələrdə səslənəcək fikirlərin prosesə heç bir təsiri olmayacaq: “Onlar bəzi məsələləri qeyd edə bilərlər. Ancaq qanun artıq qəbul olunub”. S. Mirzəyev Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsovun sənədlə bağlı səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: “Kuznetsov sənədə edilən bəzi düzəlişlərin onlarla razılaşdırılmadığını söyləyib. Bu da təbiidir. Elə texniki xarakterli dəyişikliklər var idi ki, onları müzakirə etməyə ehtiyac görməmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR