Bank Of Baku

Elmar Məmmədyarov Avropa Şurası rəsmisini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov Avropa Şurası rəsmisini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul edib
# 11 iyun 2008 11:17 (UTC +04:00)
Azərbaycanla Avropa Şurası arasında əlaqələrin müsbət ruhda inkişaf etdiyini bildirən E. Məmmədyarov Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərə ciddi yanaşdığını, bu öhdəliklər çərçivəsində ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hər şeydən əvvəl inkişafa və rifaha yönəldiyini diqqətə çatdırıb. Nazir Ermənistanla müharibə vəziyyətində olduğu halda Azərbaycanın bu demokratik prosesdən geridə qalmadığını, bu sahədə mövcud problemlərin həllinə AŞ ilə əməkdaşlıq daxilində səy göstərdiyini bildirib.
AŞ rəsmisi Azərbaycanın bu istiqamətdə fəaliyyətini dəyərləndirərək, AŞ ilə ölkəmiz arasında əməkdaşlığın daha da mühüm və səmərəli olmasında maraqlı olduğunu, bunun üçün müxtəlif birgə proqramlar həyata keçirməyin, jurnalistika və məhkəmə sahələrində treninqlər təşkilinin faydalı olacağını qeyd edib.
Görüşdə həmçinin prezident seçkilərinə hazırlıq, hakimiyyətin müxtəlif seqmentləri ilə əməkdaşlıq, ölkədə demokratik dəyərlərin daha da gücləndirilməsi yolları müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR