Bank Of Baku

Elmar Məmmədyarovun Polşaya rəsmi səfərinin proqramı açıqlanıb

Elmar Məmmədyarovun Polşaya rəsmi səfərinin proqramı açıqlanıb
# 11 iyun 2008 11:57 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 12-13-də Polşaya nəzərdə tutulan rəsmi səfərinin proqramı məlum olub. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov səfərin ilk günündə həmkarı Radoslav Sikorski ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri və perspektivləri müzakirə ediləcək. Sonra nazir Polşa Senatının marşalı Boqdan Boruseviç, Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə görüşəcək. Elmar Məmmədyarovu Polşa prezidenti Lex Kaçinski də qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR