Paşha Bank
Bank Of Baku

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib
# 20 fevral 2020 16:30 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalova və Ramil Səfərovun şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçilər bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçilərin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR