Bank Of Baku

Azərbaycan və Tacikistan arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri dəyişib

Azərbaycan və Tacikistan arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
# 02 mart 2020 17:57 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.  

 APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Kənd Təsərrüfatı naziri İnam Kərimov təyin edilib.

İndiyə qədər komissiyanın həmsədri İqtisadiyyat naziri olub.  

Komissiyanın üzvləri isə aşağıdakı tərkibdə təsdiq edilib:

 Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

 Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

 Azərbaycan Respublikası Energetika nazirinin müavini

 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

 Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR