Azərbaycanda daha bir siyasi partiya dövlət qeydiyyatından keçib.
APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Yeni Zaman Partiyasını dövlət qeydiyyatına alıb.
Qeydiyyata alınma barədə sənəd partiyanın sədri Musa Ağayevə təqdim edilib.
Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56 olub.
Qeyd edək ki, Yeni Zaman Partiyası 2007-ci ildə təsis olunub.