Səsvermə günü baş verən pozuntuların 90%-i sosial şəbəkələrdə yayılan görüntülərdir.
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, qanun pozuntularını çəkən şəxs onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: “Bu, çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq”.