Bank Of Baku

Aydın Kərimov Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb - FOTO

Aydın Kərimov Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb - FOTO
# 06 sentyabr 2023 21:29 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

APA xəbər verir ki, bu barədə Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyi məlumat yayıb.

"Görüş zamanı qonaqlara işğal dövründə Şuşada çox böyük ziyan görmüş tarixi abidələrin mərhələli bərpası, görülməkdə olan işlər və beynəlxalq əlaqələrin qurulması haqqında məlumat verilib. Boris Kollar 2-ci dəfə səfər etdiyi Şuşanın çox dəyişdiyini diqqətə çatdırıb. Sonda qonaqlar üçün şəhər gəzintisi təşkil olunub", - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR