Bank Of Baku

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının tərkibində dəyişiklik edilib

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının tərkibində dəyişiklik edilib
# 31 oktyabr 2019 16:52 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri iqtisadiyyat naziri olub.

Sərəncama əsasən, iqtisadiyyat naziri vəzifəsindən azad edilmiş Şahin Mustafayev Baş Nazirin müavini kimi yenidən  Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.

Digər dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin Komissiyanın üzvü təyin edilməsidir. İndiyə qədər Komissiyanın üzvü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR