Bank Of Baku

Baş konsul: “Terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınlar yerləşdiriləcək”

Baş konsul: “Terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınlar yerləşdiriləcək”
# 15 oktyabr 2019 14:33 (UTC +04:00)

Oktyabr ayının 9-da Türkiyə Respublikasının bölgədə sabitliyi bərpa etmək üçün başladığı “Barış bulağı” hərəkatı ilə bağlı Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bölgədəki media nümayəndələri ilə görüşüb.  

APA-nın yerli bürosunun məlumatına görə, Baş konsul Suriyanın şimalında aparılan əməliyyatlarla bağlı geniş məlumat verib. O qeyd edib ki, artıq 8 ildir aparılan danışıqlar nəticə vermədiyindən Türkiyə tərəfi bu addımı atmaq qərarına gəlib: “Bu kimi əməliyyatlar zaman-zaman keçirilib. “Barış bulağı” əməliyyatının keçirilməsində məqsəd sərhəd təhlükəsizliyini təmin etmək, terror koridoruna əngəl olmaq, terror hücumları və terror təşkilatları PKK/PYD-nin bölgədəki demoqrafiyanı pozmasını əngəlləmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və terrorçulardan təmizlənən bölgələrə suriyalı qaçqınları yerləşdirməkdən ibarətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR