Bank Of Baku

Bələdiyyə seçkilərində iştirak etmək üçün 4765 nəfər müraciət edib

Bələdiyyə seçkilərində iştirak etmək üçün 4765 nəfər müraciət edib
# 28 oktyabr 2019 16:26 (UTC +04:00)

“Bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib”.          

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR