Bank Of Baku

Bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya müraciət edən partiyaların adları açıqlanıb

Bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya müraciət edən partiyaların adları açıqlanıb
# 28 oktyabr 2019 16:12 (UTC +04:00)

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyaların adları açıqlanıb.  

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, bu günə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət edib. 

Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasıdır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR