“Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb. Bunun da müəyyən obyektiv səbəbləri var”.
APA-nın məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və “stm.az”saytının təqdimatında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov bildirib.
Birinci vitse-prezidentin köməkçisi deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə olub: “Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.
E. Hüseynov qeyd edib ki, aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir: “2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makoriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqlarının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkan verəcək effektə malik olacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxışında deyib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb. Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir: “İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, ilin əvvəlindən 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur. İstənilən islahat tədbirlərini şərtləndirən müəyyən amillər var. Bu, qeyri-adekvat struktur, hər hansı korrupsiya və süründürməçilik məsələləri ola bilər. O halda hər hansı səmərədən və vəzifədən danışmaq sadəlövhlük olardı. Burada əsas məsələ insanlarda qurumlarda düşüncə tərzinin transformasiyasıdır və Prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir. Nazirliyin fəaliyyətində Sosial Tədqiqatlar Mərkəzinin hesabatlarına da istinad edəcəyik”.
Birinci vitse-prezidentin köməkçisi: “İndiyədək Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib”
Daxili siyasət
Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Məzahir Pənahov Antalya Beynəlxalq Seçki Forumunda Azərbaycanın seçki praktikası barədə çıxış edib
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
Xəbər Lenti
ABŞ hərbçiləri Ayovada 4,5 ton zəhərli maddəni partlayışla məhv ediblər
ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul edib
Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb
FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirəcək
Cəlilabadda su xəttində qəza olub
Hörmüz boğazında LNG daşıyan gəmidə partlayış olub
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Xalq artisti Elmira Şabanova vəfat edib - YENİLƏNİB
“Daşkəsən Dəmir Filiz” MMC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıb
Ərdoğan Xəlifə Həftərlə görüşüb
Bakıda 28 istiqamətdə sıxlıq var
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
İdman yarışlarının keçirilməsinə ayrılan xərclərin yeni normaları müəyyənləşib
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib - VİDEO
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin Şura sədri ilə görüşüb
Novak: "OPEC+" ölkələri hasilat güclərinin qiymətləndirilməsi məsələsini müzakirə edəcək
“Bloomberg”: Polşa NATO-dan Rusiya raketlərinin Ukrayna üzərində zərərsizləşdirilməsini istəyir
Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub
Kreml: Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
ƏƏSMN: Gələn il 1,1 milyon şəxsin pensiyası artırılacaq
Almaniyada erməni ailənin beş üzvü evdə ölü tapılıb
Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasında maraqlıdır
Deputat: Ev təsərrüfatlarının uçotu nəticəsində investisiyalar real ehtiyaclara uyğun istiqamətləndiriləcək
FHN 43 gün əvvəl Zaqatalada meşədə itkin düşən 80 yaşlı kişinin axtarışlarına başlayıb - VİDEO
Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinə yönəlmiş yeni platforma istifadəyə verilib
Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata sanksiya tətbiq edib
Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başlayıb
Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib - VİDEO
Biləcəridə mənzil seçimi azalır – Hansı mənzillər satışdadır? - FOTO
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib
Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb
Aİ lideri: Güclü Avropa komandası Ukrayna üzrə danışıqların növbəti raundunda iştirak edəcək
Novak daxili bazarda yanacaq çatışmazlığının idxal hesabına ödənildiyini açıqlayıb
“Interium” MMC mebel istehsalında fərdi yanaşma təqdim edir
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı yeni cinayət işi açılıb
Binəqədidə bir ayın içində 9 və 11 yaşlı bacılar vəfat edib
Lukaşenko: Putinin iqamətgahına hücum Ukraynada demilitarizasiya zonasının yaradılması planını pozub
Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniya Kansleri: Rusiya Ukraynadan daha çoxunu istəyir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasovun məhkəməsində vəkillər çıxış edib
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib - VİDEO
Kollegiya sədri: Dövlət rüsumunun azaldılması ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək
Xəzər rayonunda gecə evlərdən oğurluq edən şəxs saxlanılıb
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib