Bank Of Baku

Böyük Qayıdışa dair I Dövlət Proqramı dünyaya bir daha Qarabağın Azərbaycan olduğunu dedi - RƏY

Böyük Qayıdışa dair I Dövlət Proqramı dünyaya bir daha Qarabağın Azərbaycan olduğunu dedi - RƏY
# 17 noyabr 2022 12:44 (UTC +04:00)

“Azad olunmuş ərazilərin bərpa edilməsinə büdcədən vəsait ayrılır. Amma bu, kifayət deyil”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat xaricdə yaşayan həmvətənlərimizi Qarabağa və Şərqi Zəngəzura investisiya yatırmağa çağırıb:

“Onlar müharibə dövründə müharibəyə getməyə hazır olduqlarını bildirirdilər. İndi bu ərazilər bərpa edilməlidir. Onları yenə bir olmağa çağırıram. Unutmasınlar ki, bu bir tərəfdən biznes, digər tərəfdən isə işğaldan azad edilmiş torpaqlar üzərində suverenliyimizin təmin olunmasına töhfədir. Dövlət başçımızın bu məsələdə həssaslığı, imzaladığı sərəncam və verdiyi tapşırıqlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı və dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihələri şərait yaradır ki, Qarabağa investisiya yatıranlar heç bir bürokratik əngəllə qarşılaşmasın".

Deputat Razi Nurullayev bildirib ki, Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etməsi ölkəmiz üçün böyük hadisədir: “Prezidentin bu addımını yüksək qiymətləndirir və təşəkkür edirəm. Prezidentin təsdiq etdiyi proqram bütün qaçqınlarda qayıdış üçün ümid yaratdı və dünyaya bir daha Qarabağın Azərbaycan olduğunu dedi. Var olun, cənab Prezident!”.

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, hazırda Böyük Qayıdışın həyata keçirilməsi ən böyük vəzifəmizdir. “Bu Proqramın həyata keçirilməsi çətin və mürəkkəbdir. Çünki ərazilərimizi minalardan təmizləməli oluruq, dağıdılmış, viran qoyulmuş yerləri yenidən qururuq. Bunlar isə əlavə risk, əlavə vaxt və əlavə vəsaitdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR