Bank Of Baku

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib
# 18 aprel 2023 16:46 (UTC +04:00)

Bu gün Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovun rəhbərliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, iclasda 2023-cü ilin 2 mart tarixində Bakıda keçirilmiş “Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü ilə bağlı hazırlanmış Layihə müzakirə edilib.

İclası giriş sözü ilə açan Şuranın sədri Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Şura Sədri Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, mina təhlükəsi ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşdığını bildirib. Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğu, ilkin tədqiqatlara əsasən Azərbaycanın 8 235 kv.km dən çox ərazisinin mina və digər partlayıcı sursatlarla çirkləndiyi diqqətə çatdırıb. Ölkəmizin üzləşdiyi bu probemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.

İclas zamanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə üzrə həyata keçirilmiş fəaliyyətlər və qarşıdakı hədəflər” barədə məlumat verib. Agentlik rəhbəri, bu istiqamətdə fəaliyyətin səmərəliliyinin təşkil olunması məqsədilə Agentliyin kadr və texnoloji potensialının dörd dəfədən çox artırıldığını qeyd edib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, şuranın katibi Hüseyn Hüseynov tərəfindən Milliləşdirilmiş “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM (minatəmizləmə ilə bağlı fəaliyyətlər) Layihəsinin təqdimatı” edilib. O, sözügedən tapşırığın icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 5 hədəf və 14 göstəricidən ibarət milli 18-ci DİM layihəsinin hazırlandığını, habelə 2023-cü il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planına Minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci Dayanıqlı İnkişaf Məqsədinin milli və qlobal səviyyədə təşviqi ilə bağlı 2 tədbirin daxil edildiyini bildirib.

İclasın yekununda Milliləşdirilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM Layihəsi müzakirə edildi, Layihə üzrə müəyyənləşdirilmiş 14 göstəricinin metodologiyasının hazırlanması və göstəricilərinin hesablanması, o cümlədən ölkədaxili və qlobal səviyyədə təşviqatın aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR