Bank Of Baku

Deputat: Böyük Qayıdış bizim əsas milli hədəflərimizdən biridir

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 17 noyabr 2022 17:43 (UTC +04:00)

“44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin inkişafında yeni mərhələ açıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, hazırda dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm quruculuq işləri həyata keçirilir: “Növbəti il üçün dövlət büdcəsindən bu məqsədlə 3 milyard manat vəsaitin ayrılması Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinin xüsusi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Noyabrın 16-da Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan mühüm addımdır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış bizim əsas milli hədəflərimizdən biridir və dövlət proqramında nəzərdə tutulan məsələlərdən icrası bu prosesi daha da sürətləndirəcək”.

Deputat qeyd edib ki, növbəti ilin büdcəsində hərbi və müdafiə sənayesi üçün xərclərin artırılması da çox önəmlidir: “Dağlıq Qarabağ münaqişəsi başa çatsa da, regionda bəzi dairələr tərəfindən təhdidlər hələ də qalmaqda, Ermənistan sülh gündəliyinə qarşı qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Belə bir şəraitdə ölkəmizin müdafiə xərclərinin artırılmasını diqqətdə saxlaması tamamilə doğrudur”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib:

“Bununla belə, bir sıra problemlər də var ki, onların həlli zəruridir. Bərdə rayonu üzrə 14 məktəb qəzalı vəziyyətdədir. Onlardan Saatlı, Qarağacı və Yeni Daşkənd kənd orta məktəblərinin durumu isə daha acınacaqlıdır. Bundan başqa, Bərdə Gənclər Evinin tikintisinin uzun illər yarımçıq qalması da rayon ictimaiyyətini, xüsusilə gənclərini narahat edən məsələlər sırasındadır. Bəzi abidələr də var ki, onların bərpasına ehtiyac var. Həmin abidələrdən biri də Bərdə-Ağdam magistral yolunun üzərində yerləşən Şirvan kəndində XIX əsrə aid olan yerli əhəmiyyətli tarixi abidə olan Şirvan hamamıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR