Deputat: “Ermənipərəst fondlar qrant ayırıb, Azərbaycanda sabitliyi pozmağa çalışır” - VİDEO

Cavid Osmanov

© APA | Cavid Osmanov

# 13 may 2022 11:14 (UTC +04:00)

“44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycana qarşı çirkli kampaniya aparılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyə zərbə vurmağa çalışır: “Bunun üçün bəzi ermənipərəst fondlar tərəfindən qrantlar ayrılıb, may ayında da qrantlar ayrılması planlaşdırılır. Bunun nəticəsi olaraq mayın 14-də Bakıda və ayrı-ayrı regionlarda sabitliyi pozmaq üçün çağırışlar olacaq. Bununla ölkəmizin artan nüfuzuna zərbə vurmağa çalışırlar. Bu günə kimi olduğu kimi, onların sabaha olan bu niyyəti də iflasa uğrayacaq. Xalq Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyir və onun ətrafında birləşib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR