“Bu gün uşaq pulu məsələsi çox aktualdır. Biz bunu desək də deməsək də belədir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, ünvanlı sosial yardım uşaq puluna tranfer edilməlidir: “Ünvanlı sosial yardım vəsaiti uşaq pulu kimi verilsin, bu məsələyə də birdəfəlik son qoyulsun”.
Deputat qeyd edib ki, xaricdə yaşayan güneyli soydaşlarımızdan müraciətlər alırlar: “Onlar zamanında İranın repressiyasına məruz qalaraq xaricdə yaşamağa məcbur olublar və Azərbaycana gəlmək istəyirlər. Vaxtilə İranın təzyiqi ilə xarici ölkələrə yayılan güneylilərin Azərbaycana gəlişi təmin edilməlidir”.