Deputat MSK üzvlərinin diplomatik pasportla təmin olunmasını təklif edib

Deputat MSK üzvlərinin diplomatik pasportla təmin olunmasını təklif edib
# 14 iyul 2023 12:48 (UTC +04:00)

Deputat Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin diplomatik pasportla təmin olunmasını təklif edib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib ki, MSK-nın yubileyi ilə bağlı ciddi məlumat tapılmır.

“Bu tarix 1918-ci ilin 26 dekabr tarixi kimi qeyd oluna bilər. Seçkilərlə bağlı əsasnamədə 1919-cu il 21 iyunda qəbul olunub. Çünki həmin qurum ölkənin ən vacib qurumlarından biridir. Keçirilən bütün seçkilərin təşkili həmin quruma həvalə olunub. Həmin qurumun heç birinin diplomatik pasportu yoxdur. Hansı ölkəyə gedirsən MSK-nın üzvləri seçkilərdə iştirak edir, hər ay səfərdədirlər, ancaq onlara bu imtiyaz verilmir. Onsuzda bizdə deputat da daxil olmaqla, Türkiyədən başqa inkişaf etmiş ölkələrdən fərqli olaraq səlahiyyət müddəti başa çatandan sonra sabahısı gün qapısını kəsib diplomatik pasportunu əlindən alırlar. Lakin Türkiyə və başqa yerlərdə bu qalır. Bu məsələ üzərində düşünülməlidir. MSK-nın neçə üzvü var ki, bu problem yarada. Ciddi, səlahiyyətli qurumdur, ətrafında olan problemləri həll etmək lazımdır. Təklif edirəm ki, MSK-nın yubileyi ilə bağlı məsələ araşdırılsın. 1992-ci ildən götürülməsini düzgün hesab etmirəm. MSK üzvlərinin səlahiyyətlərini müəyyən dərəcədə diplomatik pasportla təmin olunmasını gerçəkləşdirək”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR