Bank Of Baku

Deputat: Rusiya sülhməramlılarının öz mandatlarından kənar hərəkətləri yolverilməzdir

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 13 dekabr 2022 18:29 (UTC +04:00)

“Ötən gün bir qrup Azərbaycan ekoloqu və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ictimai fəalların Laçın-Şuşa yolunda etiraz aksiyasına başlaması cəmiyyətimizin Qarabağda təbii sərvətlərimizin talanmasına və rus sülhməramlılarına etirazının bir nümunəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvi Fatma Yıldırım bildirib.

Fatma Yıldırım deyib ki, bu, o deməkdir ki, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatlarımızın qanunsuz istismarına kəskin etirazını bildirir: “Tələb bundan ibarətdir ki, müvafiq qurumların nümayəndələrindən ibarət qrupa Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağının monitorinqini aparmağa şərait yaradılsın. Ümumiyyətlə, proseslər göstərir ki, Rusiya sülhməramlıları öz mandatlarına uyğun fəaliyyət göstərmir. Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağ separatçıları üçün silah, o cümlədən minaların daşınması, xarici ölkə vətəndaşlarının bu əraziyə buraxılması, ermənilərin təxribatçı hərəkətlərinə şərait yaradılması buna sübutdur. Halbuki Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır. Rusiya sülhməramlılarının öz mandatlarından kənar hərəkətləri yolverilməzdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR