Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin bələdiyyə aktları ilə bağlı bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklifi üzrə məhkəmələrdə iddia qaldırılıb.
APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)" əksini tapıb.
Həmin iddialardan 8-i məhkəmə tərəfindən təmin edilib, 11-i isə baxılmaqdadır.