Bank Of Baku

Dövlət-özəl tərəfdaşlığına dair müsabiqənin mərhələləri açıqlanıb

Dövlət-özəl tərəfdaşlığına dair müsabiqənin  mərhələləri açıqlanıb
# 28 oktyabr 2022 11:14 (UTC +04:00)

Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə hazırlanması qaydası açıqlanıb

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə hazırlanması 12.1. Səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihələrinin müsabiqəyə hazırlanması mərhələləri aşağıdakılardır:

- dövlət tərəfdaşı tərəfindən layihə üzrə müfəssəl texniki-iqtisadi əsaslandırmanın hazırlanması və səlahiyyətli orqana təqdim edilməsi;

- müsabiqənin şərtlər toplusunun hazırlanması;

. iddiaçının layihə təşəbbüsünə münasibətdə dövlət tərəfdaşının müəyyən edilməsi (tələb olunduqda);

- dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsinin və ya müqavilənin əsas şərtlərinin hazırlanması.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texniki-iqtisadi əsaslandırması aşağıdakıları əhatə etməlidir:

-dövlət-özəl tərəfdaşlığı layihəsinin ətraflı təsviri;

- dövlət-özəl tərəfdaşlığı layihəsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun Əlavəsində nəzərdə tutulan fəaliyyətlə bağlı olduqda həmin Qanuna uyğun olaraq ətraf mühitə təsirinin qiymətləndirilməsi nəticələrini təsdiq edən sənəd;

- xarici iddiaçılar və investisiyalar barədə (olduğu halda) məlumat və sənədlər;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin riskləri, onların qiymətləndirilməsi və tərəflər arasında bölüşdürülməsi;

- dövlət tərəfindən veriləcək dəstək və təminatların müəyyən edilməsi.

Bu işlər başa çatdıqdan sonra səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsini müsabiqəyə

çıxarır.

Dövlət-özəl tərəfdaşlığına dair müsabiqə aşağıdakı mərhələlərdən ibarət olmaqla açıq formada keçiriləcək:

- müsabiqə barədə elanın verilməsi;

- iddiaçılar tərəfindən müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi;

- müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların bu Qanuna uyğun olaraq ixtisas uyğunluğunun qiymətləndirilməsi;

- ixtisas uyğunluğundan keçmiş iddiaçılara müsabiqənin şərtlər toplusunun təqdim edilməsi, ixtisas uyğunluğundan keçməmiş iddiaçılara bu barədə yazılı bildirişin göndərilməsi;

- iddiaçılar tərəfindən təqdim olunmuş layihə təkliflərinin qiymətləndirilməsi;

- müsabiqə qalibinin, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçıların seçilməsi.

Hər bir müsabiqə iştirakçısı eyni müsabiqəyə birdən çox layihə təklifi verə bilməz. Müsabiqə iştirakçısı öz layihə təklifini təkliflərin təqdim edilməsi üçün müəyyən edilmiş son müddət başa çatanadək istənilən vaxt dəyişdirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR