Bank Of Baku

Dünya Mehriban Əliyevanın simasında humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını gördü - RƏY

Mehriban Əliyeva, Birinci vitse-prezident

© APA | Mehriban Əliyeva, Birinci vitse-prezident

# 11 fevral 2023 15:22 (UTC +04:00)

“Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən həmən sonra Azərbaycan dövləti öz dəstəyini və həmrəyliyini göstərib. Bu proses hazırda da davam etməkdədir. Eyni zamanda dövlətlə yanaşı xalqımız da qardaş ölkəyə dəstək kampaniyasına qoşulub. Mən zəlzələ zamanı həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, yararlıların isə tezliklə sağalmasını arzu edirəm”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı son iki gün ərzində 7-dən 77-yə səfərbər olub: “Bütün bunlar bir daha onu deməyə əsas verir ki, qardaşlığımız sarsılmazdır və bu qardaşlığı heç bir qüvvə poza bilməz. Ümumiyyətlə, qeyd edim ki, uzun illər müxtəlif sınaqlardan üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Bu qardaşlıq özünü xoş gündə də, dar gündə də göstərib. Son günlər, daha doğrusu, fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünya bir daha qardaşlığımızın sarsılmaz olduğunun şahidi oldu”.

Deputat qeyd edib ki, qardaş Türkiyədə baş verən təbii fəlakət Azərbaycanda da kədərlə qarşılanıb: “Bu hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu. O dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğana müraciət etdi. Müraciətdə Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib. Eyni zamanda dövlət başçısının tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb”.

Vüqar İskəndərov bildirib ki, hər zaman öz xeyirxahlığı, dara düşənlərə göstərdiyi dəstəyi, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu prosesdə ön sırada gedir: “Təsadüfi deyil ki, Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edən Mehriban xanım eyni zamanda zəlzələdən zərər çəkənlərə yardım göndərilməsi üçün müvafiq tapşırıqlar verib. Artıq həmin yardımlar qardaş ölkəyə çatdırılıb”.

Deputat deyib ki, Mehriban xanım Əliyevanın bu paylaşımı Azərbaycan-Türkiyə qardaşlığının Qazi Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “bir millət – iki dövlət” fəlsəfəsinə əsaslandığını bir daha təsdiqlədi: “Həmçinin qeyd etmək istəyirəm ki, bu günlər dünya bir daha Mehriban Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını gördü. Bu paylaşımda əks olunan fikirlər, həmçinin, Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsinə, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısına, dəstəyinə Mehriban Əliyevanın verdiyi yüksək dəyərin göstəricisidir. Bu, həm də Mehriban Əliyeva tərəfindən hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə, o cümlədən yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin və s. bu mövqeyinə və nəcib əməlinə verilən yüksək qiymətdir”.

Vüqar İskəndərov deyib ki, bu günlər həm də tarix yazılır: “Bu tarixi iki qardaş xalq yazır. Bir daha vurğulayım ki, dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğana müraciəti və dövlətimizin göstərdiyi yardımlar, həm Mehriban xanımın müvafiq paylaşımı və onun göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə yardımların göndərilməsi, həm də Azərbaycan xalqının bu məsələdə fəallıq göstərməsi iki ölkə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur”.

Deputat Müşfiq Cəfərov qeyd edib ki, Türkiyədə baş verən təbii fəlakət bütün Azərbaycan xalqını dərindən sarsıtdı: “Elə ilk gündən hər kəs birləşərək həmrəylik nümayiş etdirdi. Həqiqətən Azərbaycan xalqı yüksək mənəvi-əxlaqi dəyərlərə, humanizm ideallarına sahibdir. Doğrudur, qardaş ölkəyə bir çox ölkələr kömək etdi. Lakin Azərbaycan xalqı və dövləti misli görülməmiş bir səfərbərlik halında idi. Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə bu gündən etibarən könüllü gənclərimiz də qoşuldu. Bu da öz növbəsində çox sevindirici haldır ki, gənclərimizdə yardımlaşmaq sahəsində öz əllərindən gələni əsirgəmir. Könüllü gənclər ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər. Həqiqətən qürur duyulası anları bölüşürük. Hər iki dövlət qarşılıqsız bir - birini daim dəstəkləyib. Hazırda bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq dəhşətli faciə ilə üzləşmiş qardaş Türkiyə xalqı ilə güclü həmrəylik nümayiş etdirir. Xalqımızın bu mübariz əzmini və əxlaqi dəyərini hər kəs yüksək qiymətləndirdi. İstər qardaş ölkə rəsmiləri və xalqı, istərsə də Azərbaycan dövlət nümayəndələri bu birlik, bu humanizm qarşısında fəxr hissi ilə öz təşəkkürlərini ifadə etdilər. Xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımızın bu bariz nümunəvi hərəkətiylə bağlı sosial media paylaşımı diqqət çəkir. Birinci vitse-prezidenti həm Türkiyədə, həm də ölkə daxilində yardım kampaniyasına qoşulan hər kəsə təşəkkür edir. Təbii ki, xalqımızın bəşəri əhəmiyyət daşıyan bu dəstəyi, qardaşlıq və dostluğu təqdirəlayiq haldır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR