Bank Of Baku

Əli Əsədov: Atılan ciddi addımlar sayəsində Azərbaycan Ordusu Zəfər savaşında qalib ordu adını qazandı

Əli Əsədov: Atılan ciddi addımlar sayəsində Azərbaycan Ordusu Zəfər savaşında qalib ordu adını qazandı
# 06 may 2023 11:24 (UTC +04:00)

“Neft Fondunun vəsaiti hesabına ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və insan kapitalının inkişafı məqsədilə xaricdə təhsil proqramlarının maliyyələşdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib”.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ordu quruculuğu, ordunun döyüş hazırlığının möhkəmləndirilməsi, hərbi qulluqçularımızın sosial vəziyyətinin yaxşılaşdırılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin müdafiə sənayesinin inkişafı sahəsində atılan ciddi addımlar sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alaraq Zəfər savaşında qalib ordu adını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR