Bank Of Baku

Əli Həsənov: “YAP gələcək Azərbaycan üçün yaradılıb”

Əli Həsənov: “YAP gələcək Azərbaycan üçün yaradılıb”
# 25 sentyabr 2019 12:36 (UTC +04:00)

"Partiya gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Sumqayıtda partiya fəalları qarşısında çıxışı zamanı deyib.

Ə.Həsənov son 15 ildə görülən işlərdən danışaraq bildirib ki, görülən işlərə Prezident-Xalq birliyi nəticəsində nail olunub: "Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR