Bank Of Baku

Əli Nağıyev: “İtkin düşmüş 6 hərbi qulluqçumuzun axtarış prosesi aktiv şəkildə davam etdirilir”

Əli Nağıyev: “İtkin düşmüş 6 hərbi qulluqçumuzun axtarış prosesi aktiv şəkildə davam etdirilir”
# 05 noyabr 2022 07:51 (UTC +04:00)

Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilir.

APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sədri Əli Nağıyev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

Ə. Nağıyevin sözlərinə görə, komissiya tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində məlum olub ki, 12 hərbçimiz döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürülüb, beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılıb: “Təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarış prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR