Bank Of Baku

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Qarabağ və Şərqi Zəngəzurda göstərəcəyi ödənişli xidmətlər müəyyənləşib

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Qarabağ və Şərqi Zəngəzurda göstərəcəyi ödənişli xidmətlər müəyyənləşib
# 23 avqust 2022 14:27 (UTC +04:00)

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin sayı artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi və açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısına daxil edilib.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR