Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsini istəyənləri qınayıb - VİDEO

Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsini istəyənləri qınayıb - VİDEO
# 06 dekabr 2022 11:50 (UTC +04:00)

“Qanunun əleyhinə imzalanan bəyanata təəccüblə baxmaq lazım gəlir. Ona görə yox ki, qanunu bəyənmirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, həmin şəxslər istəyir ki, qanun layihəsi Venesiya Komissiyasına göndərilsin, orada baxılsın: “Bu cür yanaşmanı qınayıram. Hər bir məsələ burada həll olunmalıdır. Bu bilirsiniz nəyə oxşayır? 44 günlük zəfərdən sonra prosesi ATƏT-in həll etməsini istəməyə... Bunu qəbul etmirəm. Venesiya Komissiyası qanuna niyə baxmalıdır? Müzakirələr zamanı bütün siyasi partiya sədrləri dəvət olundu, fikirləri, təklifləri öyrənildi. Bu qanunun əleyhinə bəyanata imza atanlar arasında hüquqşünaslar da var. Bu, çox məyusedicidir, siyasətdə olan proseslərin hüquqa da sirayət etməsini göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR