Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Natiq Ağayev bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
APA xəbər verir ki, yeni icra başçısını kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib, dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Natiq Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.