“Bu gün dünyadan çox həyəcanlı xəbərlər gəlir".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu gün bir daha aydın oldu ki, cəmi bir neçə gün əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul edib.