Bank Of Baku

İsrail nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

İsrail nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 03 oktyabr 2019 16:07 (UTC +04:00)

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti, təşkilati dəstəyi ilə İsrailin bir sıra şəhərlərinin rəsmi təmsilçilərindən və diaspor nümayəndələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Quba rayonunda olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlar səfər çərçivəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Zirəddin Əliyevlə görüşüb. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.

Daha sonra İsrailin Maalot-Tarşiha şəhəri ilə Quba şəhəri arasında qardaşlaşmış şəhərlər üzrə müqavilə imzalanalıb.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər. Onlar 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Nüməyəndə heyəti Qırmızı Qəsəbədə də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR