Bank Of Baku

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının iş planı açıqlanıb 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının iş planı açıqlanıb 
# 19 sentyabr 2022 11:29 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il üzrə payız sessiyasının qanunvericilik işlər planına daxil olunan məsələlər açıqlanıb.

APA xəbər verir ki, sessiya ərzində büdcə zərfinə daxil olan qanun layihələrinin hazırlanması, “Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında qanun layihələri, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununun layihəsi və digər qanun layihələrinin müzakirəsi cari iş planında nəzərdə tutulub.

Eyni zamanda, komitənin aidiyyəti dövlət qurumları ilə, sahibkarlarla, qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşlərin, müxtəlif mövzuları əhatə edən ictimai dinləmələrin keçirilməsinə davam etdirilməsi qərara alınıb. Eyni zamanda, sahibkarlarla yerlərdə görüşlərin keçirilməsi, təklif və şikayətlərinin dinlənilməsi, daxil olan müraciətlərin təhlili və ümumiləşdirilməsi kimi məsələlər iş planında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR