Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın yolunda aksiya keçirən ekofəallar və QHT təmsilçiləri böyük monitorda dünya çempionatının yarımfinal oyununu izləyiblər.
APA xəbər verir ki, İctimai Televizya aksiya keçirilən ərazidə böyük monitor quraşdırıb.
Monitorda dünya çempionatının ikinci yarımfianl oyunu – Fransa: Mərakeş matçı nümayiş etdirilib.
Aksiya iştirakçıları ilə yanaşı sülhməramlı hərbçilər də matçı izləyə bilib.
Bu fakt bir daha aksiyanın dinc mahiyyətini nümayiş etdirir.