Paşha Bank
Bank Of Baku

Millət vəkili Ali Məhkəmənin Plenumunun səlahiyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib

Millət vəkili Ali Məhkəmənin Plenumunun səlahiyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib
# 19 noyabr 2019 14:14 (UTC +04:00)

“Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 131-ci maddəsinin I bəndində deyilir ki, Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

“Amma prosessual qanunvericilik 2000-ci ildə, konstitusiya dəyişikliyindən əvvəl qəbul edilib. Əslində konstitusiyaya əlavə və dəyişikliklərdən sonra həm prosessual qanunvericiliyə, həm Cinayət-Prosessual Məcəlləyə, həm də Mülki-Prosessual Məcəlləyə dəyişiklik edilməli idi. Amma bu dəyişikliklər edilməyib. Konstitusiyada əlavə kassasiya qaydasında icraat adlı məhkəmə mərhələsi nəzərdə tutulmasa da, qanun Ali Məhkəmənin Plenumuna belə səlahiyyət verir ki, o kassasiya qaydasında qəbul etdiyi qərarları Plenumda ləğv etsin. Əslində mövcud konstitusiyaya görə, Plenum yalnız məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olmalıdır. Kassasiya instansiyasından sonra tərəflər Konstitusiyanın 130-cu maddəsinin beşinci hissəsinə əsasən, məhkəmə aktının - söhbət burada Ali Məhkəmənin qərarından gedir - konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması məqsədi ilə Konstitusiya Məhkəməsinə, yaxud Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməlidir”, - deyə millət vəkili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR