Bank Of Baku

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib
# 19 dekabr 2022 19:55 (UTC +04:00)

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

APA-nın xəbərinə görə, iclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR