Milli Məclisdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insanla bağlı beynəlxalq fəaliyyət həyata keçiriləcək.
APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Qeyd edilib ki, komitə sessiya müddətində Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insan haqqında, eyni zamanda, Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərinin insan hüquqları aspektində geniş şəkildə yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçirəcək.