MM partiyaların fəaliyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə vacib dəyişiklikləri qəbul edib

MM partiyaların fəaliyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə vacib dəyişiklikləri  qəbul edib
# 14 iyul 2023 12:13 (UTC +04:00)

Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələr, partiyanın qeydiyyatsız fəaliyyəti, əcnəbilərin siyasi partiyaya üzv qəbul edilməsi, partiya üzvlərinin reyestrindəki dəyişiklikləri barədə məlumat verilməməsinə görə cərimələr müəyyənləşir, Azərbaycandan kənarda hesab açan partiyaların cərimələnməsi, xarici ölkələrin partiyalarıyla bağladığı saziş barədə məlumat verməyən partiyaların 2 min manatadək cərimələnməsi nəzərdə tutulur, partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr artırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR