Bank Of Baku

MSK seçici siyahılarını yoxlayır

MSK seçici siyahılarını yoxlayır
# 12 aprel 2023 16:21 (UTC +04:00)

“Dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib”.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, hazırda MSK-nın İnformasiya Mərkəzində seçici siyahıları yoxlanılır: “Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, mayın ortalarına qədər seçicilər MSK-nın qaynar xətti vasitəsi ilə seçici siyahısı ilə bağlı özləri ilə bağlı məlumat ala bilərlər. Bununla bağlı MSK-nın saytında onlayn müraciət forması da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR