Müsavat Partiyasının qurultayını keçirəcəyi yer məlum olub.
APA-nın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının IX qurultayının keçiriləcəyi yerlə bağlı partiyanın müraciətinə cavab verib.
Cavabda qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın qurultayını oktyabrın 12-də "Billur" şadlıq evində keçirilməsinə etiraz etmir.