Bank Of Baku

Naxçıvan Ombudsmanı 2022-ci illə bağlı hesabat təqdim edib

Naxçıvan Ombudsmanı 2022-ci illə bağlı hesabat təqdim edib
# 02 avqust 2023 00:19 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına 2022-ci ildə yazılı (o cümlədən elektron) və şifahi formada 99 müraciət daxil olub. Daxil olan müraciətlərin 64-nü şikayətlər, 35-ni isə ərizələr təşkil edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində qeyd olunub. Qeyd edilib ki, müvəkkilin 2022-ci il ərzində baxdığı müraciətlərin təmin edilmə vəziyyəti 2021-ci illə müqayisədə 1.75 dəfə artıb.

Muxtar respublikada “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarının həyata keçirilməsi

istiqamətində Müvəkkil və onun Preventiv qrupu tərəfindən 2022-ci ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin və sənədləşmənin monitorinqi məqsədilə başçəkmələr həyata keçirilib. Əvvəllər başçəkmə sənədlərinə yalnız başçəkmənin həyata keçirilməsinə dair protokol aid idisə, 2022-ci ildən etibarən sənədlər zənginləşdirilmiş, iş materiallarına başçəkmənin yekununa dair protokol, başçəkmənin həyata keçirilməsinə dair fotoşəkillər, fərdi söhbətlərin aparılması üçün sorğu anketləri və müvafiq müəssisələrdən əldə edilən sənədlərin surətləri daxil edilib.

2022-ci ildə Müvəkkil və onun Preventiv qrupu tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə 32 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 131 plan üzrə, 33 plandankənar olmaqla, ümumilikdə, 164 başçəkmə həyata keçirilib, 434 nəfər şəxslə ümumi, 159 nəfər şəxslə isə fərdi və konfidensial şəraitdə söhbət aparılıb, başçəkmələr zamanı daxil olmuş 5 şikayətə baxılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 36, Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə 92, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 9, Təhsil Nazirliyinin müəssisələrinə 7, Səhiyyə Nazirliyinin

müəssisələrinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə 6 və Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin müəssisəsinə 5 başçəkmə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR