Bank Of Baku

Nazir siniflərdə şagird sıxlığı ilə keyfiyyətli təhsili əlaqələndirməyi düzgün saymayıb

Nazir siniflərdə şagird sıxlığı ilə keyfiyyətli təhsili əlaqələndirməyi düzgün saymayıb
# 15 dekabr 2022 13:17 (UTC +04:00)

“Şagird sıxlığı ilə təhsil keyfiyyəti arasında elə də böyük əlaqə yoxdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, “sinifdə 15 uşaq olanda uşaq yaxşı oxuyacaq, 25 uşaq olanda pis oxuyacaq” deyə bir şey yoxdur: “Sinqapurda sinifdə təhsilin keyfiyyətini müəyyən edən əsas faktor müəllimdir. Təbii ki, 70 nəfərdən danışmıram, 15 və 25 nəfər arasındakı fərqdən danışıram. Sinqapur təhsil sisteminə baxsaq, onlarda şagird sıxlığı bizdən daha çoxdur. 15 % sinfimizdə 40-dan çox uşaq var, bunlar da daha yaxşı nəticə göstərən məktəblərdir. Məsələn, Daşkəsəndə hər sinifdə 5-10 uşaq var, amma bu, onların yaxşı nəticə göstərdiyini deməyə əsas vermir. Şagird sıxlığı daha çox Bakı məktəblərində, daha çox rus sektorundakı məktəblərdə olur. Amma biz desək ki, sinif sıxlığını şərti olaraq 25-dən 20-yə salaq, bu zaman bizim təhsilimiz düzələcək, bu, olmayacaq. Bizim fokusumuz müəllimə olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR