Bank Of Baku

Payız sessiyasında 19 iclas keçirilib, 206 qanun və qərar qəbul edilib

Payız sessiyasında 19 iclas keçirilib, 206 qanun və qərar qəbul edilib
# 30 dekabr 2022 12:43 (UTC +04:00)

“Bu gün payız sessiyasının son iclasıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin vediyi tövsiyələrə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilib: “Payız sessiyasında 19 iclas keçirilib, 206 qanun və qərar qəbul edilib".

Spiker qeyd edib ki, qanun yaradıcılığı işinin inkişaf etdirilməsi üçün ictimai dinləmə formatı genişləndirilib: “10 ictimai dinləmə keçirilib. O cümlədən Xocalı soyqırımının 30 illiyi, 8 noyabr Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatları qəbul edilib. Fransa Senatının hər iki palatasının qəbul etdiyi qətnamələrə Milli Məclis etirazını bildirib. Xarici ölkələrin parlamentlərinə və çoxsaylı beynəlxalq təşkilatlara Milli Məclis tərəfindən məktublar göndərilib”.

Sahibə Qafarova nəzərə çatdırıb ki, ümumilikdə, bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR