Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb.
APA xəbər verir ki, PA-da yeni yaradılan struktur Hərbi-texniki təminat məsələləri şöbəsidir.
Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.