Bank Of Baku

Prezident İlham Əliyev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib

Prezident İlham Əliyev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib
# 28 iyun 2023 15:33 (UTC +04:00)

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR