Prezidentin köməkçisi: Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir

Prezidentin köməkçisi: Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir
# 16 avqust 2023 12:08 (UTC +04:00)

“Diplomatik korpusla birgə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik. Təkcə magistralın gündəlik tutumu 17.000 avtomobildir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində Ağdam-Xankəndi avtomagistralının və dəmir yolunun sxematik planı ilə tanışlıq olub.

“Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir, onlar isə yollara bloklar və maneələr qoyurlar”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR