Bölgəmizdə gedən proseslər, qlobal Orta Dəhliz yolunun əhəmiyyətli hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşması fonunda Muxtar Respublikanın sosial-iqtisadi inkişafı, logistika və bütün digər sahələrdə işlərin effektivliyinin daha da artırılması və çox qısa müddət ərzində hədəflərə çatılması üçün bütün qüvvəmizi səfərbər etməliyik.
APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Fuad Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin fevral ayında təməli qoyulmuş Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası sürətlə yekunlaşmağa doğru gedir: “Bir neçə gün əvvəl Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyuldu. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin beynəlxalq tranzit layihəsinin gerçəkləşməsi istiqamətində apardığı fəaliyyətin hədəfləri genişmiqyaslıdır. “Göründüyü kimi, işlər çox sürətlə aparılır və Naxçıvanda görülən işlərin də tempi artırılıb. Artıq muxtar respublika ərazisində bir çox layihələrdə texniki iqtisadi əsaslandırma işləri yekunlaşıb və layihələndirmə və tikinti işlərinə başlanıb. Sadaladıqlarımız Naxçıvanın nəqliyyat dəhlizi və logistik mərkəz funksiyasını yerinə yetirməyə hazır vəziyyətə gətirilməsinin tərkib hissəsidir. Bu gün biz inanırıq ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq. İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını açır. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantının qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac potensialının güclənməsinə səbəb olacaq. Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək”.
Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi qeyd edib ki, Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil – o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir: “Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılıması – xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir. Naxçıvan Muxtar Respublikası sakinləri blokadadan çıxmağı və Azərbaycanın əsas hissəsi ilə quru yolu ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün artıq yaxınlaşdığından böyük sevinc hissi duyur. Naxçıvanda sahibkarlar artıq dəhliz boyu biznes layihələri üzərində düşünür. Naxçıvan Muxtar Respublikasında dövlət orqanları Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun şəkildə fəaliyyətini daha da intensivləşdirərək qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bütün səylərini göstərəcək. Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Bunun əsasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Bu gün biz hər bir sahədə fəaliyyətimizi həmin strateji kursa uyğun qurmalı, birlik və həmrəylik içində çalışmalıyıq. Zəngəzur dəhlizi Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin sonu olacaq. Çıxışımı bir fikirlə yekunlaşdırmaq istəyirəm: Zəngəzur dəhlizi təkcə yol deyil – Azərbaycanın bütövlüyünün və gücünün rəmzidir”.
Prezidentin səlahiyyətli nümayəndəsi: Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün tarixi təcridin ləğvi olacaq
© APA | Fuad Nəcəfli, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi
Daxili siyasət
Azərbaycanın “orta güc” statusu və Mərkəzi Asiyada yeni geosiyasi imkanlar müzakirə edilib - FOTO
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
Türkiyənin Naxçıvandakı Baş konsulu: Yaxın zamanda Zəngəzur dəhlizinin açılışını birlikdə görəcəyik
FHN SOCAR Petroleum QSC-nin 23 saylı Naxçıvan Neft Baza Sahəsində mülki müdafiə məşqi kеçirib
Xəbər Lenti
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü baş tutub - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb