Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılır.
APA-nın məlumatına görə, bununla bağlı “Publik hüquqi şəxslər haqqında” qanunun 8-ci maddəsinə (İdarəçilik) dəyişiklik təklif edilir.
Belə ki, qanun layihəsinə 8.2.2-1-ci bənd əlavə edilir.
Əlavə edilən bəndə əsasən, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri sırasına daxil edilir.
Qanun layihəsinə təklif edilən dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 19-da keçiriləcək komitə iclasında müzakirə ediləcək.