Bank Of Baku

Qızılın və digər qiymətli metalların hasilatı və emalı vasitələrinə xüsusi icazə verən yeni orqan müəyyənləşib

Qızılın və digər qiymətli metalların hasilatı və emalı vasitələrinə xüsusi icazə verən yeni orqan müəyyənləşib
# 10 mart 2023 16:52 (UTC +04:00)

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı dəyişib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Energetika Nazirliyi artıq neftin dövriyyəsinə xüsusi icazə verəcək.

İndiyə qədər Energetika Nazirliyi neftlə yanaşı, qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların da dövriyyəsinə xüsusi icazə verən orqan idi. Fərmana əsasən, bundan sonra qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların hasilatı və emalı vasitələrinə xüsusi icazə verən orqan İqtisadiyyat Nazirliyi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR