Siyasi partiya üzvlərinin reyestrində hansı məlumatların olacağı müəyyənləşib.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”na əlavə edilən “III hissə - Siyasi partiya üzvlərinin reyestri”ndə qeyd edilib.
Qərara əsasən, siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun aşağıdakı maddələrində nəzərdə tutulmuş hallarda veriləcək:
- qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına;
- “Əməliyyat-axtarış fəaliyyəti haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə;
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada öhdəlik daşıyan şəxslərə;
- “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına;
- “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada icra məmurlarına;
- barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.
Siyasi partiya üzvlərinin reyestrində aşağıdakı məlumatlar yer alacaq:
