Bank Of Baku

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib
# 05 avqust 2023 11:01 (UTC +04:00)

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qayda siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Siyasi partiyanın maliyyə hesabatının tərkibi aşağıdakılardan ibarətdir:

- maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);

- maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat (2 nömrəli əlavə);

- əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Yuxarıda nəzərdə tutulan hesabatların forması bu Qaydaya 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir.

Bu Qərar 2023-cü il və növbəti illər üzrə tərtib edilən maliyyə hesabatlarına şamil edilir.

“Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”na

1 nömrəli əlavə

Maliyyə vəziyyəti haqqında hesabat 31 dekabr 20 il tarixinə

1 nömrəli Forma

Siyasi partiyanın adı

Qərargahının yerləşdiyi yer (hüquqi ünvanı)

(manatla)

Bölmə/maddələrin adı

Qeydlər

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

6

Aktivlər

Uzunmüddətli aktivlər

Qeyri-maddi aktivlər

Torpaq, tikili və avadanlıqlar

Daşınmaz əmlaka investisiyalar

Uzunmüddətli debitor borcları

Sair uzunmüddətli aktivlər

Cəmi uzunmüddətli aktivlər

Qısamüddətli aktivlər

Ehtiyatlar

Qısamüddətli debitor borcları

Pul vəsaitləri və onların ekvivalentləri

Sair qısamüddətli aktivlər

Cəmi qısamüddətli aktivlər

Cəmi aktivlər

Xalis aktivlər (kapital) və öhdəliklər

Xalis aktivlər (kapital)

Ehtiyat fondu

1

2

3

4

5

6

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Cəmi xalis aktivlər (kapital)

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli qiytləndirilmiş öhdəliklər

Uzunmüddətli kreditor borcları

Sair uzunmüddətli öhdəliklər

Cəmi uzunmüddətli öhdəliklər

Qısamüddətli öhdəliklər

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Qısamüddətli kreditor borcları

Sair qısamüddətli öhdəliklər

Cəmi qısamüddətli öhdəliklər

Cəmi öhdəliklər

Cəmi xalis aktivlər (kapital) və öhdəliklər

Rəhbər

(soyadı, adı və atasının adı) (imza)

Baş mühasib

(soyadı, adı və atasının adı) (imza)

M.Y.

”_ 20 il.

VÖEN

“Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”na

2 nömrəli əlavə

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat 31 dekabr 20 il tarixinə

2 nömrəli Forma

Siyasi partiyanın adı

Qərargahının yerləşdiyi yer (hüquqi ünvanı)

(manatla)

Maddələrin/hesabların adı

Qeydlər

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

6

Gəlirlər

o cümlədən:

üzvlük haqqı

ianə

dövlət maliyyə yardımı

çap mediasının təsis edilməsindən o cümlən çap mediasının iştirakçısı

olmaqdan əldə edilən gəlir

ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının

hazırlanması və satışından gəlir

mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir

hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak

qanunla qadağan olunmayan digər gəlirlər

1

2

3

4

5

6

Xərclər, o cümlədən:

cari işlərə sərf olunan vəsait

siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər

ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər

yerli (aşağı) təşkilatlara ödənişlər

kreditlər üzrə faizlər

fərdi xərclər

sair xərclər

ümumi mənfəət (zərər)

Rəhbər

(soyadı, adı və atasının adı) (imza)

Baş mühasib

(soyadı, adı və atasının adı) (imza)

M.Y.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR